PortalAnasayfaMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Quran nədir?Quranin mənasi?

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
E L V ! N
Administrator


Qeydiyyat : 29/11/10
İsmarıc sayı : 392

Yeni mövzuMövzu: Quran nədir?Quranin mənasi?   Çər. Dek. 22, 2010 9:41 pm

Quran nədir?Quranin mənasi?
Qurani kərim Müshaflardan (Quranın Mübarək səhifələrindən) yazılmış və peyğəmbərimizdən (Səlləllahü əleyhi və ilahi və səlləm – Peyğəmbərimizin adı anılarkən “ Allahın salamı olsun Ona və Onun sevdiklərinə “ mənasını verən bu kəlamı söyləmək vacibdir) üzü bəri müsəlmanlar tərəfindən əzbərlənmiş kəlami – qədimdir.

Allahtəalanın ən son və ən böyük kitabıdır.

Bu mübarək kitabın özüdə sözüdə Allahdır.

Qurani – kərim Allah tərəfindən Cənabi cəbrayıl vasitəsilə Peyğəmbərimizə nazil olmuşdur (endirilmişdir,yuxarıdan göndərilmişdir).

Səmavi kitablar arasında nazil olduğu kimi qalan yeganə kitab Qurani – kərimdir.

Qurani - kərim şan və şərəf mənbəyidir.Qurani - kərim məsun və məhfuzdur (müqəddəs və toxunulmazdır,qorunan və mühafizə olunandir).

Ona yalnız təmiz və pak olanlar əl vura bilərlər.

Qurani - kərim nazil olmağa başladığı zaman bütün cahan qaranliqlar içində idi ; insanlar yollarını azmışdılar , əqidələri yox idi , ayrı – ayrı bütlərə ibadət edirdilər.

Peyğəmbərlərin təbliğ etdikləri haqq, din unudulmuşdu . Hər tərəfdə haqsızlıq baş qaldırmış , könüllər qaralmış , bənizlər saralmışdı.

Bax , belə bir zamanda , ramazanda Cəbrayıl – bu ulu mələk cahanın ən böyük xilaskarı Məhəmməd Peyğəmbərə Quranın ilk ayələrini oxumağa başladı.

Bəhy gəldikcə (yəni ilham , bir elmin , firkin , bir nəzəriyyənin , bir dühanın ilhama sövqedilməsi)

Peyğəmbərimiz onu öz səhabələrinə oxuyar , onlarda ayələri əzbərlər , yadlarından çıxmasın deyə xurma yarpaqlarına , enli düz daşlara , yastı sümüklərə və dəri üzərinə yazarmışlar.
Əvvələ qayıt Aşağa gitmek
http://gz-girls.forumkz.net
 
Quran nədir?Quranin mənasi?
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
GAMEZER { V6 } AZERBAYCAN :: Her Növ Tema :: İslam Dini-
Keç: