PortalAnasayfaMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 DAHILERDEN DAHI CUMLELER

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
heron



Qeydiyyat : 17/06/11
İsmarıc sayı : 80

Yeni mövzuMövzu: DAHILERDEN DAHI CUMLELER   C. İyun 24, 2011 9:45 am

*Bir bu gün iki sabaha dəyər!

*Bir qızın qüsurlarını öyrənmək üçün onu bir qız yoldaşına tərifləyin.

*Bir qoyunum və bir inəyim olduğundan bəri hamı mənə salam verir.

*Böyük imperiya - böyük piroq kimidir. Qıraqlardan yemək daha asanddır!

*Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.

*Cəsarətli olmayan insan, iti kənarı olmayan bıçağa bənzər.

*Dəlilik eyni şeyi təkrar təkrar etmək və fərqli nəticə gözləməkdir.

*Dünyada ölüm və vergi qədər real bir şey yoxdur.

*Düşmənlərinizi sevin çünki, qüsurlarınızı tək onlar açıqca söyləyə bilər.

*Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə.

*Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar!

*Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir!

*Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir!

*Əxlaqsızlıq zənginliklə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir!

*Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar!

*Görmək asandır, əvvəldən görmək çətindir.

*Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir.

*Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir.

*Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.

*Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır!

*İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər.

*Kim səni özündən daha çox aldatdı?

*Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar, gözünün qarşısında onu deşib keçər.

*Qardaş dost olmaya bilər - amma dost həmişə qardaşdır.

*Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə.

*Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır.

*Qürürlu insan həmişə qürürlu insana nifrət edir!

*Öz dişlərimin arasında olmasına baxmayaraq öz dilimə hakim ola bilmirəmsə , başqalarının dilinə necə hakim ola bilərəm...

*Pul hər şeyi edər deyən adam, pul üçün hər şeyi edən adamdır.

*Pul və insan arasındakı qarşılıqlı əlaqəsi belədir: İnsan pulun saxtasını edər, pul da insanın.

*Pulun alacağından deyil, pulun alacağı insanlardan qorxun!

*Pulun dəyərini öyrənmək istəsəniz, borc almağa çalışın.

*Sülh belə, böyük pulla alınır.

*Şüşə, farfor və reputasiya - bunları sındırmaq çox asan yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir!

*Tanrı, özlərinə kömək edənlərə kömək edər.

*Tez yatıb tez qalxmaq, insanı sağlam, varlıqlı və ağıllı edər.

*Tənbəllik elə yavaş yavaş gedir ki, kasıblıq gəlib ona tez çatır.

*Üç adam bir sirri saxlaya bilər əgər ikisi ölübsə.

*Yaxşı bəhanələr tapmağı bacaranların, başqa şeylər bacara bildiyi çox nadir olaraq görülür.

*Zaman böyük bir müəllimdir, amma çox təəssüf ki, bütün şagirdlərini öldürür.
Əvvələ qayıt Aşağa gitmek
 
DAHILERDEN DAHI CUMLELER
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
GAMEZER { V6 } AZERBAYCAN :: Azerbaijan-
Keç: